Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi olub.

Leqal.info xəbər verir ki, hadisə şəhərin Atatürk küçəsində baş verib.

Avtomobillərin toqquşması nəticəsində Naxçıvan şəhər sakinləri - 1972-ci il təvəllüdlü Əliyeva Leyla Qərib qızı, 1983-cü il təvəllüdlü Qurbanova Jale Qərib qızı və 1947-ci il təvəllüdlü Süleymanova Tamara Süleyman qızı xəsarət alıb.

Sözügedən şəxslər Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info