Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi olub.

Leqal.info xəbər verir ki, hadisə şəhərin Əziz Əliyev prospektində baş verib.

"VAZ 2108" markalı avtomobillə "AzSamand" toqquşub.

Qəza nəticəsində Şahbuz rayon Badamlı kənd sakini, 1993-cü il təvəllüdlü Abbasov Asim Elxan oğlu xəsarət alıb.

Sözügedən şəxs Naxçıvan Mərkəzi Xəstəxanasının travmatalogiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info