Naxçıvan-Şahbuz magistralında yol-nəqliyyat hadisəsi olub.

Leqal.info xəbər verir ki, hadisə Vayxır kəndi ərazisində baş verib. İki avtomobilin toqquşması nəticəsində Şahbuz rayonu Keçili kənd sakini, 1981-ci il təvəllüdlü Fətullayev Mehman Ələmdar oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Sözügedən şəxs Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info