Zaqatalada yol qəzası baş verib, xəsarət alan var.

Leqal.info xəbər verir ki, hadisə günorta saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Zaqatala rayonu Mazıx kəndinin inzibati ərazisindən keçən hissəsində qeydə alınıb.

Balakən rayonu Katex kənd sakini, 1981-ci il təvəllüdlü Məftun Rüfət oğlu Hudulov idarə etdiyi “VAZ 2107” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşın yolunun kənarındakı ağaca çırpılıb. Qəza zamanı sürücü R.Hudulov müxtəlif dərəcəli xəsarət alıb. O, Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə korpusuna yerləşdirilib. R. Hudulovun vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info