Sabirabadda avtomobil piyadanı vurub.

Leqal.info xəbər verir ki, hadisə rayonun Qaragüney kəndində baş verib. “VAZ-2106” markalı avtomobil yolu keçən Sabirabad rayonunun Minbaşı kənd sakini, 1980-ci il təvəllüdlü Balayeva Günel Əlövsət qızını vurub.

Piyada ağır sınıq xəsarəti ilə Şirvan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info