Naxçıvan şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Leqal.info xəbər verir ki, hadisə şəhərin Çənlibel məhəlləsində (14 nömrəli məktəbin qarşısında) baş verib. Qarlı havada avtomobil yolu keçən məktəbin xadiməçisi Naxçıvan şəhər sakini, 1970-ci il təvəllüdlü Zeynalova Teyfə Cavanşir qızını vurub. O, Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info