Gədəbəydə evdə qaz sızması nəticəsində partlayış olub.

Leqal.info xəbər verir ki, hadisə rayonun Samanlıq kəndində baş verib.

1941-ci il təvəllüdlü Əbülfəz Musayev yanıq xəsarəti ilə Gədəbəy rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Oradan isə Gəncə şəhərində yerləşən xəstəxanaların birinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info