Xudat-Yalama avtomobil yolunun Xaçmaz rayonunun Ləcət kəndi ərazisindən keçən hissəsində yol nəqliyyat hadisəsi olub.

Leqal.info xəbər verir ki, “VAZ 2190” və “Volkswagen” markalı avtomobillərin toqquşması nəticəsində müxtəlif dərəcəli xəsarətlər alan Nazim Əmrahov, Fariz Əmrahov, Muradxan Adışirinov, Murad Adilxanov və Nasir Əhmədxanov Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hazırda onlara tibbi yardım göstərilir.

Faktla bağlı araşdırma aparılır.

Leqal.info