Gəncədə 9 yaşlı qız xəstəxanada ölüb.

Leqal.info xəbər verir ki, Gədəbəy rayon sakini, 2014-cü il təvəllüdlü Ruqəyya Həsənova xəstəxanaya ağır vəziyyətdə gətirilib.

Lakin həkimlərin səylərinə baxmayaraq 9 yaşlı qız xəstəxanada ölüb. Bildirilir ki, R.Həsənova 20 gün bundan əvvəl qızılcaya yoluxub. İlkin məlumata əsasən, azyaşlı ağciyərlərinə su yığılmasından ölüb. Ölüm hadisəsi ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.

Leqal.info