Gəncədə avtomobil piyadanı vurub.

Leqal.info xəbər verir ki, hadisə şəhərin Fərhad Əliyev küçəsində baş verib. Hərəkətdə olan "VAZ" markalı minik maşını yolu keçmək istəyən qadını vurub. Piyada - 1947-ci il təvəllüdlü Qəsidə Vəliyeva hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info