Lənkəranda yol-nəqliyyat hadisəsi olub.

Leqal.info xəbər verir ki, hadisə rayonun Qurumba kəndi ərazisində baş verib. "VAZ-21015" və VAZ-21011" markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində "VAZ-21015" markalı minik avtomobilinin sürücüsü Lənkəran rayonunun Rvo kənd sakini 1983-cü il təvəllüdlü Rauf Məmməd oğlu Nəzərov, onun həyat yoldaşı 1994-cü il təvəllüdlü Gültəkin Ziyad qızı Nəzərova və azyaşlı övladları R.N xəsarət alaraq Lənkəran rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Leqal.info