Ucar rayonunda avtomobil piyadanı vuraraq öldürüb.

Leqal.info xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun Müsüslü kəndindən keçən hissəsində baş verib.

Qazax istiqamətində hərəkətdə olan "Mercedes Vito" markalı avtomobil orta yaşlı kişini vurub.

Ağır xəsarət alan piyada hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info