Daşkəsəndə bıçaqlanma olub.

Leqal.info xəbər verir ki, hadisə Daşkəsən şəhərində yerləşən binalardan birinin qarşısında baş verib.

1990-ci il təvəllüdlü Məzahir Məmmədov kürək nahiyəsinin bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Dərhal xəstəyə yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata əsasən, M.Məmmədov tanışları ilə dava zamanı bıçaqlanıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info