Naxçıvan-Sədərək magistralında yol-nəqliyyat hadisəsi olub.

Leqal.info xəbər verir ki, hadisə Püsyan kəndi ərazisində baş verib.

Sürətlə hərəkət edən "Mercedes" markalı minik avtomobili yoldan çıxaraq aşıb.

Qəza nəticəsində Şərur rayon Aralıq kənd sakinləri, 1953-cü il təvəllüdlü Həsənova Gülnaz Qələndər qızı, 1970-ci il təvəllüdlü Rzayev Pünhan Həsənov oğlu və 1987-ci il təvəllüdlü Həsənova Səyyarə Hidayət qızı xəsarət alıblar. Onlar Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdiriliblər, P.Rzayevin vəziyyəti ağır, digər iki sərnişinin vəziyyəti isə orta-ağır qiymətləndirilir.

Faktlar bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info