Göygöldə iki nəfər dəm qazından zəhərlənib.

Leqal.info xəbər verir ki, hadisə Göygöl şəhərinin Məhmməd Əmin Rəsulzadə küçəsində baş verib.

Belə ki, 2013-cü il təvəllüdlü Nuray Atayeva və onun bacısı 2017-ci il təvəllüldü Sunay Atayeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdilib, vəziyyətləri kafi qiymətləndirilir.

Məlumata əsasən, bacılar yaşadıqları evdə dəm qazından zəhərləniblər.

Elvin Mahmudlu
Leqal.info