Cəlilabadda iki avtomobil toqquşub.

Leqal.info xəbər verir ki, hadisə Cəlilabad şəhəri ərazisində baş verib. Hərəkətdə olan "Toyota Prius" markalı minik avtomobili "VAZ-2106" markalı minik avtomobili ilə toqquşub. Qəza nəticəsində iki qadın xəsarət alıb.

Xəsarət alanlar rayon xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info