Bakıda avtomobil piyadanı vuraraq öldürüb.

Leqal.info xəbər verir ki, 1989-cu il təvəllüdlü Əsədov Elnur Nuru oğlu idarə etdiyi “Hyundai Sonata” markalı avtomobillə Zabrat qəsəbəsindən H.Əliyev prospekti istiqamətində hərəkətdə olarkən Sabunçu körpüsünün yaxınlığında piyada - 1957-ci il təvəllüdlü Abbasova Mehriban Cilovxan qızını vurub. Qadın aldığı xəsarətlərdən Sabunçu Tibb Mərkəzinə aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanılıb.

Elvin Mahmudlu
Leqal.info