Bakıda mənzildə 28 yaşlı kişinin meyiti tapılıb.

Leqal.info xəbər verir ki, hadisə Yasamal rayonu, Əbdürrəhim bəy Haqverdiyev küçəsində yerləşən mənzildə qeydə alınıb.

1996-cı il təvəllüdlü Salmanov Rüfət Seymur oğlunun meyiti beşinci mərtəbədə yerləşən mənzilin eyvanında asılı vəziyyətdə aşkarlanıb. Onun intihar etdiyi ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info