Bakıda evdə 43 yaşlı kişinin asılmış meyiti tapılıb.

Leqal.info xəbər verir ki, Sabunçu rayonu, Xanlar yaşayış massivində yaşayan 1981-ci il təvəllüdlü Quliyev Taleh Müzəffər oğlunun meyiti yaşadığı evin həyətində yerləşən yardımçı tikilinin tavanından asılmış halda aşkarlanıb.

Onun intihar etdiyi ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info