Naxçıvan şəhərində avtomobil piyadanı vurub.

Leqal.info xəbər verir ki, hadisə şəhərin 2-ci mikrorayon ərazisində baş verib.

Belə ki, avtomobil səki ilə gedən Naxçıvan şəhər sakini, 1956-cı il təvəllüdlü Hacıyev Ruslan Səttar oğlunu vurub. Piyada Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info