İmişlidə minik maşını ilə motosiklet toqquşub.

Leqal.info xəbər verir ki, hadisə İmişli şəhərində baş verib. “Opel” markalı minik avtomobili ilə motosikletin toqquşması nəticəsində motosikletin sürücüsü Samir Məmmədov hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info