Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi olub.

Leqal.info xəbər verir ki, hadisə şəhərin Şəhriyar küçəsində (Əliabad yolu) baş verib.

"Volkswagen" markalı avtomobillə motosikletin toqquşması nəticəsində bir nəfər xəsarət alıb. Xəsarət alan Babək rayon Şıxmahmud kənd sakini, 2008-ci il təvəllüdlü Abdullayev Sərxan İsmayıl oğlu Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info