Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yolunun Şabran rayonu ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi olub.

Leqal.info xəbər verir ki, "Toyota" markalı minik avtomobilinin aşması nəticəsində 6 nəfər xəsarət alıb. Hadisə zamanı nəqliyyat vasitəsində olan paytaxt sakinləri - Aygün Qurbanova, Aydan Qurbanlı, Aylin Qurbanlı, Aytac Əlixanova, Ayan Əlixanlı və Namiq Əlixanlı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Leqal.info