Tovuzda yol qəzası olub.

Leqal.info xəbər verir ki, hadisə rayonun Düz Cırdaxan kəndi ərazisində baş verib.

“VAZ-21011” markalı avtomobil “Belarus” markalı traktoru ötmə əməliyyatı zamanı traktorun təkərinə dəyərək idarəetməni itirib və yol kənarındakı işıq dirəyinə çırpılıb.

Hadisə nəticəsində “VAZ -21011”-də olan sərnişinlər, Hunanlar kənd sakinləri - 77 yaşlı Güllü Alıyeva və onun bacısı Salatın Abdullayeva xəsarət alıb.

Xəsarət alanlar Tovuz Rayon Mərkəzi Xəstəxansına yerləşdirirliblər.

Faktla baglı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info