Kürdəmirdə ağır yol qəzası olub, xəsarət alanlar var.

Leqal.info xəbər verir ki, hadisə Bakı-Qazax yolunun, rayonun Qarabucaq kəndindən keçən hissəsində baş verib.

Belə ki, "Mercedes" markalı avtomobilin sürücüsü Vəliyeva Rəna Söhbət qızı Gəncə istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.

Qəza zamanı xəsarət alan bir ailənin üzvləri, sürücü 31 yaşlı Vəliyeva Rəna Söhbət qızı, onun övladları 11 yaşlı Vəliyeva Sevgi Kamil qızı və 10 yaşlı Vəliyev Əli Kamil oğlu
dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info