Qusarda yük maşını ilə minik avtomobili toqquşub.

Leqal.info xəbər verir ki, hadisə Əcəxuroba kəndində baş verib.

1997-ci il təvəllüdlü Eyvazov Pərviz Şərif oğlunun idarə etdiyi "Ford Tranzit" markalı avtomobil ilə , “VAZ 2107” markalı avtomobillə toqquşub. Hadisə nəticəsində həmin avtomobilin sürücüsü 1995-ci il təvəllüdlü Xaspoladov Albert Azik oğlu aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info