Leqal.info xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun Kürdəmirin Karrar qəsəbəsindən keçən hissəsində baş verib.
İmişli rayon sakini 1976-cı il təvəllüdlü Elşən Məhəmmədəli oğlu Qasımovun idarə etdiyi “VAZ-2107” markalı minik maşını ilə “Kamaz” markalı yük maşını toqquşub.
Nəticədə “VAZ-2107”-nin sürücüsü E. Qasımov hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Elvin Mahmudlu
Leqal.info