Leqal.info xəbər verir ki, hadisə rayonun Oxud kəndində qeydə alınıb. Kənd sakini 1957-ci il təvəllüdlü Ramiz Oruc oğlu Məcidov yaşadığı ünvanda tövlənin çardağından yıxılıb. Ağır xəsarət alan R. Məcidov hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Elvin Mahmudlu
Leqal.info