Şəkidə 26 yaşlı gənc sirkə turşusu içərək zəhərlənib.

Leqal.info xəbər verir ki, hadisə rayonun Oxud kəndində axşam saatlarında qeydə alınıb.

Kənd sakini 1998-ci il təvəllüdlü Vüqar Cəfər oğlu Mustafazədə yaşadığı ünvanda sirkə turşusu içərək zəhərlənib.

Yaxınlarının köməkliyi ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılan V. Mustafazadə xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Onun su əvəzinə sirkə turşusu içdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info