Zaqatala-Qax avtomobil yolunda qəza olub.

Leqal.info xəbər verir ki, hadisə axşam saat 17 radələrində Zaqatala-Qax avtomobil yolunun Zaqatala rayonu Yeni Suvagil kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata əsasən, qəza zamanı müxtəlif dərəcəli bədən xəsarəti alan Qax şəhər sakini 1990-cı il təvəllüdlü Aqşin Vaqif oğlu Camalov Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə korpusuna yerləşdirlib.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info