Mingəçevirdə bıçaqlanma olub.

Leqal.info xəbər verir ki, hadisə V.Hüseynov küçəsində “uşaq atraksionları”nın qarşısında qeydə alınıb.

Belə ki, Fərid Antipovla atraksionları istismar edən Araz Cəfərli arasında mübahisə yaranıb. Mübahisə nəticəsində Fərid Antipov Araz Cəfərliyə bıçaqla xəsarət yetirib.

Fərid Antipov saxlanılıb. Faktla bağlı cinayət işi açılıb.

Leqal.info