Zaqatalada minik avtomobilləri toqquşub.

Leqal.info xəbər verir ki, hadisə Zaqatala şəhəri ərazisində qeydə alınıb. İki “VAZ 2107” markalı minik avtomobilinin toqquşması nəticəsində biri azyaşlı olmaqla, 4 nəfərin xəsarət aldığı bildirilir.

Onlar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

Leqal.info