Ağstafada avtomobil piyadanı vurub.

Leqal.info xəbər verir ki, hadisə Ağstafa şəhərin mərkəzində baş verib.

1986-cı il təvəllüdlü Y.Mirəliyev yolu keçmək istəyərkən minik avtomobili onu vurub.

Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info