Sumqayıtda mənzildə meyit tapılıb.

Leqal.info xəbər verir ki, hadisə Hacı Zeynalabdin qəsəbəsində baş verib.

1963-cü il təvəllüdlü Yuri Vasilyeviç Russunun meyiti yaşadığı fərdi evdə aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info