Sabirabadda minik avtomobili maneəyə çırpılıb.

Leqal.info xəbər verir ki, hadisə Sabirabad rayonunun Qaratoğay kəndində baş verib.

“VAZ 2107” markalı avtomobilin maneəyə çırpılması nəticəsində Güdəcühür sakini 1987-ci il təvəllüdlü Rəhimov Rəşad Rafayıl oğlu hadisə yerində ölüb. Qəza zamanı xəsarət alan Sabirabad rayonunun Güdəcühür kənd sakini, 2007-ci il təvəllüdlü Baxışlı Sahib Sədulla oğlu Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Leqal.info