Oğuzda minik avtomobili ağaca çırpılıb, xəsarət alan var.

Leqal.info xəbər verir ki, hadisə gecə saat 02:00 radələrində Oğuz rayonu ərazisində qeydə alınıb.

2003-cü il təvəllüdlü Oğuz şəhər sakini Rəvan Rövşən oğlu Camalovun idarə etdiyi minik avtomobili idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb.

Qəza zamanı xəsarət alan sürücü R. Camalov Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb.

R. Camalovun müalicəsi Şəki RMX-nın Cərrahiyyə şöbəsində davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info