Qaxda avtomobil ağaca çırpılıb.

Leqal.info xəbər verir ki, hadisə səhər saatlarında Qax-Zaqatala avtomobil yolunda, Güllük kəndi ərazisində qeydə alınıb.

Sərnişin daşıyan "Mercedes-Vito" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.

Qəza zamanı avtomobildə olan iki nəfər Balakən sakini - 17 yaşlı Günel Samir qızı Göylərova və 38 yaşlı Elvin Cavanşir oğlu Telliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Leqal.info