Lənkəranda yanğın hadisəsi olub.

Leqal.info xəbər verir ki, yanğın hadisəsi köhnə Ələt-Astara magistralında, Lənkəran şəhəri ərazisində yerləşən müxtəlif növ əşyaların təmiri sexində baş verib.
Dərhal əraziyə FHN-nin yanğından mühafizə hissəsinin texnika və canlı qüvvəsi cəlb olunub. Yanğının qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

Leqal.info