Göygöldə avtomobil piyadanı vurub.

Leqal.info xəbər verir ki, hadisə rayon ərazisində baş verib.

Hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən 1950-ci il təvəllüdlü N.Mirzəyevi və onun həyat yoldaşını vurub.

Hər iki piyada xəstəxanaya yerləşdirilib. Vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Leqal.info