Gəncədə yol-nəqliyyat hadisəsi olub.

Leqal.info xəbər verir ki, hadisə şəhər ərazisində baş verib.

Belə ki, hərəkətdə olan minik maşını ilə moped toqquşub.

Qəza zamanı mopedin sürücüsü 2007-ci il təvəllüdlü İ.Orucov xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin orta ağır olduğu bildirilir. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Leqal.info