Şəmkirdə yol-nəqliyyat hadisəsi olub.

Leal.info xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Şəmkir ərazisindən keçən hissəsində baş verib.

Rayonun Qaracəmirli kənd sakini 2000-ci il təvəllüldü Höcət Əhmədovun idarə etdiyi mopedlə minik maşını toqquşub.

Qəza zamanı xəsarət alan moped sürücü xəstəxanaya aparılıb. O, xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Leqal.info