Gəncədə yol-nəqliyyat hadisəsi olub.

Leqal.info xəbər verir ki, hadisə şəhər ərazisində orta məktəbin qarşısında baş verib. Minik maşınının mopedlə toqquşması nəticəsində mopedin sürücüsü 2005-ci il təvəllüdlü Ə.Əliyev xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Leqal.info