Cəlilabadda yol qəzası olub.

Leqal.info xəbər verir ki, hadisə rayonun Göytəpə şəhəri ərazisində baş verib.

Hərəkətdə olan motosiklet təcili tibbi yardım avtomobilinə çırpılıb. Qəza nəticəsində 2 nəfər - Şamil Abdalov və Şəmistan Musayev xəsarətlər alıb. Onlar rayon xəstəxanasına hospitalizasiya olunub.

Faktla bağlı araşdırma aparılır.

Leqal.info