Fransanı Ukraynadakı münaqişədə vasitəçi kimi təsəvvür etmək çətindir, çünki Paris dolayısı ilə və birbaşa olaraq Kiyevin tərəfində münaqişədə iştirak edir.

Leqal.info xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov söyləyib.

"Paris indi vasitəçi roluna iddia edə bilməz, çünki Paris faktiki olaraq münaqişə iştirakçılarından birinin tərəfini tutur. Paris, üstəlik, Ukraynanın tərəfində bu münaqişədə həm dolayı, həm də birbaşa iştirak edir. Buna görə də burada hər hansı vasitəçilik səylərini təsəvvür etmək hələ də çətindir”, - Kremlin sözçüsü bildirib.

Leqal.info