Rusiya və Ukrayna xalqları münaqişədə maraqlı deyil, ABŞ və İngiltərə bunda maraqlıdır.

Leqal.info xəbər verir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib.

Onun sözlərinə əsasən, ABŞ və Böyük Britaniyanın Ukrayna münaqişəsində ölən insanlara heyfi gəlmir.

Patruşev onu da qeyd edib ki, Ukrayna rəhbərləri sülh müqaviləsi bağlamağa hazır olublar, amma ABŞ-ın təzyiqinə görə bundan imtina ediblər.

"ABŞ Rusiyanı zəiflətmək istəyir, lakin onların son məqsədi Çindir. ABŞ dünyaya hakim ola bilməyəcək", - Patruşev diqqətə çatdırıb.

Rusiya TŞ katibi, həmçinin KTMT Təhlükəsizlik Şurasının katiblərinin Minskdə keçirilən iclasda Lukaşenkodan regionda və dünyada vəziyyətlə bağlı faydalı məlumatlar aldığını qeyd edib.

Elvin Mahmudlu
Leqal.info