Leqal.info xəbər verir ki, Saakaşvilinin “Facebook” hesabında edilmiş paylaşımda qeyd olunub ki, o, səhhətindəki problemlərə baxmayaraq, aktiv şəkildə Gürcüstan siyasətində, Ukraynada gedən proseslərdə iştirak edəcək. Saakaşvili, eyni zamanda keçirilən bütün məhkəmə iclaslarında şəxsən iştirak edəcəyini qeyd edib.
“Mən əsasını qoyduğum “Vahid Milli Hərəkat” partiyası da daxil olmaqla bütün milli, anti-Rusiya Avropa qüvvələrini birləşməyə çağırıram”, - Saakaşvili vurğulayıb.
Elvin Mahmudlu
Leqal.info