Polşa onlarla "Mi-24" döyüş helikopterini Ukraynaya göndərib.

Leqal.info bu barədə "Wall Street Journal"a istinadən xəbər verir.

“Ukraynanın sadiq müttəfiqi olan Polşa bu yaxınlarda Kiyevə sovet istehsalı olan onlarla Mi-24 döyüş helikopteri göndərib”, – nəşr öz mənbələrinə istinadən yazır.

Polşa Rusiya ilə müharibədə Ukraynaya ən çox dəstək verən ölkələrdən biridir. Varşava Kiyevə hərbi yardım göstərir, eyni zamanda Ukraynanın NATO-ya dəvətini dəstəkləyir.

Bundan əlavə, Polşa Ukrayna Hərbi Hava Qüvvələrinə "MiQ-29" təyyarələrini verib. Polşa, eyni zamanda ukraynalı pilotlara "F-16" qırıcılarını idarə etmək barədə təlim keçməyi planlaşdırır və artıq müvafiq cədvəl tərtib olunub.

Leyla Kamil
Leqal.info