Qara dəniz təşəbbüsünün fəaliyyət göstərdiyi müddətdə Ukraynadan dəniz yolu ilə 30 milyon tondan artıq taxıl ixrac edilib.

Leqal.info xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin Rusiyanın taxıl sazişində iştirakının dayandırılması ilə bağlı keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə əsasən, həmin dövrdə Ukraynadan quru yolu ilə də eyni miqdarda taxıl ixrac edilib.

Verşinin Rusiya taxıl sazişinə xitam verildikdən sonra yeni taxıl tədarükü marşrutları üzərində işlədiyini də deyib.

Verşinin Rusiyanın kənd təsərrüfatı məhsullarının ixracı üçün sanksiyaların geri götürülməsi mexanizminin işləmədiyini, ona görə də Rusiyanın buna reaksiyasının qanuni və ədalətli olduğunu qeyd edib.

Lavrovun müavini diqqətə çatdırıb ki, Odessada Rusiya Federasiyasına qarşı terror aktlarının hazırlandığı obyektlərə endirilən zərbələr BMT Katibliyi tərəfindən pislənməməlidir.

Elvin Mahmudlu
Leqal.info