Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Rusiyanın Qara Dəniz Taxıl Təşəbbüsündən çıxmasından sonra qlobal ərzaq böhranının kəskinləşməsi fonunda üçüncü dəfə Afrika qitəsinə səfər edəcək.

Leqal.info Ukrayna XİN-ə istinadən xəbər verir ki, iyulun 23-24-də Ukrayna XİN rəhbəri səfərinə Ekvatorial Qvineyaya getməklə başlayacaq.

Bu səfərin iki ölkənin diplomatik münasibətləri tarixində ilk olacağı bildirilib. Dmitri Kuleba Malaboda ölkə rəhbərliyi ilə ikitərəfli münasibətlərin inkişafı, ticarətin həcminin artırılması, Afrikada ərzaq təhlükəsizliyinin təmin edilməsi və prezident Vladimir Zelenskinin Sülh Formulunun dəstəklənməsi ilə bağlı danışıqlar aparacaq.

Leyla Kamil
Leqal.info