Cənubi Koreya və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) yüksək səviyyəli məsləhətləşmələr aparıb və nüvə sahəsində əməkdaşlığın intensivləşdirilməsi yollarını müzakirə ediblər.

Leqal.info "Yonhap" agentliyinə istinadən xəbər verir ki, Cənubi Koreya xarici işlər nazirinin ikinci müavini Oh Yeon-ju Seulda keçirilən Nüvə Əməkdaşlığı üzrə 5-ci Yüksək Səviyyəli Məsləhətləşmədə BƏƏ-nin energetika və sənaye naziri Suhail Əl-Mazrui ilə görüşərək ikitərəfli nüvə əməkdaşlığını müzakirə edib.

Bu dörd il ərzində baş tutan ilk görüşdə Tərəflər Seulun Əbu-Dabidən 270 kilometr qərbdə yerləşən Barakada dörd nüvə reaktorunun uğurlu tikintisi əsasında nüvə reaktorlarının üçüncü ölkəyə ixracı üçün “əməkdaşlıq modeli”nin hazırlanması üzərində işləməklə bağlı razılığa gəliblər.

Leyla Kamil
Leqal.info